• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2084
— 23.08.2023 19:44

Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticə göstərən idmançılarla görüş keçirilib

KepezTV Player

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsində son günlər Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticə göstərən idmançılarla görüş keçirilib. Sərbəst güləş üzrə 2-ci MDB oyunlarının gümüş mükafatçısı Ayxan Abdullazadə və Avropa birincliyinin qalibi eyni zamanda dünya birinciliyinin bürünc mükafatçısı Camal Abbasovun və onların məşqçilərinin dəvət olunduğu görüşdə idmançıların qazandıqları nailiyyətlərdən bəs olunub. Bu uğurların güləşçiləri böyük nəticələrin əldə olunmasına ruhlandırdığı diqqətə çatdırılıb. Sonda idmançılara idarə tərəfindən fəxri fərmanlar təqdim edilib.

Camal Abbasov- Avropa birinciliyinin qalibi: "Bu il Albaniyanın Tirana şəhərində Avropa çempionu oldum. Final görüşüm rus idmançısıyla oldu. Düzdür, final görüşləri gərgin olur, 9-2 hesabıyla qalib gələrək Avropa çempionu oldum. Daha sonra Türkiyənin İstanbul şəhərində 60 kq-da dünya çempionatında iştirak etdim . Yarımfinalda İran idmançısına 3-2 hesabı ilə məğlub oldum. 3 – cü yer uğrunda Puerto-Riko idmançısına qalib gələrək dünya 3-sü oldum".  

Ayxan Abdullazadə- güləşçi: "Belarusiyada 2-ci MDB oyunları keçirildi. Bu yarışda mən də Azərbaycanı təmsil etdim. Birinci mərhələdə Vyetnam idmançısına qalib gəldim, yarımfinala çıxdım, yarımfinalda da düşmən ölkə - ermənini məğlub edərək finala vəsiqə qazandım. Finalda rus idmançısına məğlub oldum. 2- ci yer, gümüş medalla kifayətləndim.

Vüqar Xəlilov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsi İdman Sektorunun müdiri: "Mütəmadi olaraq beynəlxalq yarışlarda yüksək nəticə əldə edən idmançılarla görüş keçiririk. Bugünkü məqsədimiz də ondan ibarət idi. Düşünürəm ki, belə görüşlər idmançılar üçün böyük bir təkandır, onlara motivasiya verir".