• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1814
— 21.08.2023 15:59

Böyük futbol Şəmkirə qayıdır

KepezTV Player

Yeni yaradılan futbol üzrə 2-ci liqada “Şəmkir” Peşəkar Futbol Klubu da iştirak edəcək. Çempionatda rayonu təmsil edəcək kollektiv uğurlu yarışaraq, Şəmkirin əvvəlki əzəmətini geri qaytarmağı qarşısına hədəf qoyub.

Ötən mövsüm "Qala" Şəmkir adı altında həvəskar səviyyədə region liqasında mübarizə aparan komanda artıq yeni adıyla "Şəmkir" peşəkar klub olaraq fəaliyyətini davam etdirəcək. Komanda iyuldan məşq prosesinə start verib və heyətini demək olar ki, formalaşdırıb. Kollektivə 22 oyunçu qoşulub ki, onların əksəriyyəti Gəncə və Şəmkirdəndir.

Çempionatda iştirak üçün AFFA bütün klublar kimi “Şəmkir”ə də maliyyə dəstəyi göstərəcək. Qurum 1 mövsüm üçün komandaya 50 min manatlıq maddi dəstək verir. Ancaq bu, ilboyu xərclər üçün kifayət etmir. Bu səbəbdən klubun sponsora ehtiyacı var.

Yeni təsis olunan 2-ci liqada 14 komanda mübarizə aparacaq. Qərb bölgəsindən yarışda “Şəmkir”lə yanaşı “Göygöl” kollektivi də iştirak edəcək. Çempionata sentyabrın əvvəlində start veriləcək.