• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 11.08.2023 19:29

“Kəpəz” “Zirə” ilə oyunun hazırlıqlarını tamamlayıb

KepezTV Player

“Kəpəz” premyer liqanın növbəti turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlıqlarını tamamlayıb. “Sarı-göylər” ilk turdakı qələbənin davamını gətirərək bakılılarla görüşdə də uğurlu nəticə əldə etmək istəyirlər.

Dağlılar "Zirə" ilə oyun öncəsi son məşqini Gəncə şəhər stadionunda yeni salınan təbii örtüklü yardımçı meydançada edib. Məşqçilərin verdiyi tapşırıqlarla oyunçular müxtəlif topsuz və toplu çalışmaları yerinə yetiriblər. Növbəti oyuna hazırlıq prosesində kollektivdə yüksək ab-hava hökm sürür. Gəncə klubu üçün üzücü məqam ötən həftə məşqdə zədələnən Vurğun Hüseynovun komandadan ayrı məşq etməsidir. Təcrübəli müdafiəçi "Zirə" ilə oyununda da “Kəpəz”ə kömək edə bilməyəcək. Futbolçular “Neftçi” ilə oyunda olduğu kimi 2-ci turda da yaxşı nəticə qazanmaq arzusundadırlar.

Gəncəlilər yeni mövsümdə ilk dəfə səfərə yollanırlar. Stastikaya əsasən “Zirə” ilə paytaxtdakı qarşılaşmalarda “Kəpəz” qələbə qazana bilməyib. Baş məşqçi Azər Məmmədov bu sindromu qırmaq üçün maksimum səy göstərəcəklərini deyib.

“Kəpəz” “Zirə” ilə sabah üz-üzə gələcək. Bakıda baş tutacaq görüş saat 21:00-də başlayacaq.