• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1260
— 09.08.2023 19:57

Qələbə "Kəpəz"i 1600 manat cəriməyə saldı

KepezTV Player

AFFA İntizam Komitəsi Premyer Liqanın I turunun “Kəpəz” – “Neftçi” oyununda baş verənlərə hüquqi qiymət verib. Tarixi derbidə meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilib. Bundan başqa oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Gəncə klubu daha 800 manat cəriməyə məruz qalıb.