Bu günə xəbərlərin oxunma sayı: 666
—
07.08.2023 12:18
MDB oyunları Gəncədə keçiriləcək
KepezTV Player
Azərbaycanın ikinci böyük şəhəri - Gəncə III MDB Oyunlarına ev sahibliyi edəcək. Bu barədə jurnalistlərə Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva məlumat verib. Qurum rəsmisinin sözlərinə görə Azərbaycanda 2025-ci ildə keçiriləcək III MDB Oyunları Gəncədə təşkil ediləcək. O bildirib ki, Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhərində bu məqsədlə yeni müasir kompleks tikilir. II MDB Oyunları hazırda Belarusda keçirilir və millimiz müxtəlif idman növlərində həmin yarışda təmsil olunur.
- Baxış: 751