• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1043
— 04.08.2023 12:05

“Şirin pambığ”a bənzəyən planet kəşf edilib

Alimlər Yer kürəsindən 1232 işıq ili uzaqlığında yerləşən yeni qeyri-adi planeti kəşf ediblər. Kəşf edilmiş planetin ölçüsü Yupiterin ölçüsündən böyük olsa da o, daha çox şirin pambığı xatırladır. Belə ki, bu yeni planetin sıxlığı Yer kürəsinin sıxlığının 1%-nə bərabərdir. WASP-193b adını əldə etmiş yeni planet üzərində aparılmış müşahidələr sayəsində alimlər onun sıxlığını təyin edə biliblər. Məlum olub ki, planetin sıxlığı hər kub santimetr üçün 0.059 qramm təşkil edir.

Bu isə şirin pambığın sahib olduğu sıxlığa (hər kub santimetr üçün 0.05 qram) yaxın olan sıxlıqdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Yer kürəsinin sıxlığı hər kub santimetr üçün 5.51 qram, Yupiterin sıxlığı isə hər kub santimetr üçün 1.33 qram təşkil edir. Maraqlısı ondadır ki, WASP-193b bizim Günəşə bənzəyən ulduz ətrafında dövr edir. Planetin ulduzu bizim Günəşdən cəmi 1.1 dəfə kütləlidir və temperatur ilə yaş baxımından ona yaxındır. WASP-193b öz ulduzu ətrafında tam dövrü 6.25 günə reallaşdırır.