• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1792
— 03.08.2023 12:29

“Samsung”un smart saatları müxtəlif obyektlərin temperaturlarını ölçəcəklər

Samsung şirkəti Galaxy Watch 6 və daha öncəki smart saatları üçün yeni faydalı funksiyaları açıqlayıb. Məlumatda qeyd edilib ki, bundan sonra Samsung-un smart saatları əşyaların, mayelərin və istənilən səthin temperaturunu ölçə biləcəklər. Bu, Thermo Check: LifeTemperature adlı tətbiq vasitəsilə mümkün olacaq. Qeyd etmək lazımdır  ki, sözügedən tətbiq artıq Google Play Store-da mövcuddur.

Tətbiqin təsvirində qeyd edilmiş məlumata əsasən gələcək Galaxy Watch modellərinin istifadəçiləri müxtəlif səthlərlə fiziki kontakta girmədən bu tətbiq vasitəsilə onların temperaturlarını ölçə biləcəklər. Bu, isti tava, qida və hətta su da ola bilər. Galaxy Watch 6 ilə Watch 6 Classic smart saatları bu tətbiqə qutudan sahib olacaqlar. Galaxy Watch 5 smart saat modellərində isə sözügedən tətbiqin dəstəyi daha sonra reallaşdırılacaq. Bu tətbiqin dəstəyi mövzusunda Galaxy Watch 4 modellərinin adları çəkilməyib. Buna görə də sözügedən tətbiq Galaxy Watch 5 və Galaxy Watch 6 seriyası vasitəsilə dəstəklənəcək.