• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2086
— 02.08.2023 11:16

Tesla ən təhlükəsiz elektromobil brendi adını saxlayır

Tesla elektromobillərinin iştirakı ilə baş vermiş yol hərəkəti qəzalarında ümumilikdə 400-ə yaxın insan həyatını itirib. Lakin buna baxmayaraq, Tesla ən təhlükəsiz elektromobil brendi hesab edilir. Bu barədə məlumatı Business Insider saytı Tesla Death adlı məlumatlar bazasına istinadən verib. Sözügedən məlumatlar bazası Tesla elektromobillərinin iştirakı ilə baş verən yol hərəkəti qəzalarını əhatə edir və öz növbəsində ABŞ Yol Hərəkəti Təhlükəsizliyinin Milli İdarəsinin (NHTSA) bəyanatları və rəsmi xəbərlər vasitəsilə məlum olan yol hərəkəti qəzaları məlumatlarına əsaslanır.

Məlumata əsasən, ümumilikdə Tesla elektromobillərinin iştirakı ilə baş vermiş və ölümlə nəticələnmiş 393 sayda yol hərəkəti qəzası qeydə alınıb. Lakin ölümlə nəticələnmiş yol hərəkəti qəzalarının əksəriyyəti avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi halını əhatə edir. Sözügedən hal ilə isə istənilən avtomobil brendi qarşılaşa bilər. 393 ölümdən 95-i elektromobilin yanması və ya sürücüyə yardım sisteminin düzgün şəkildə çalışmaması səbəbilə baş verib. Statistikaya əsasən ölümlə nəticələnmiş hadisələrdən 35-i məhz Tesla-nın avtopilot sisteminin payına düşür. Qeyd etmək lazımdır ki, Tesla elektromobilinin iştirakı ilə baş vermiş ilk ölümcül yol hərəkəti qəzası 2016-cı ildə qeydə alınmışdı. Həmin ildə Tesla Model S elektromobili yük maşını ilə toqquşmuşdu.