• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2426
— 01.08.2023 13:11

“Sony”dan smartfonlar üçün yeni flaqman kamera sensorları

Sony şirkəti smartfonlar üçün iki yeni flaqman kamera sensoru hazırlayıb. Söhbət, IMX903 və IMX907 adlı kamera sensorlarından gedir. Sözügedən yeni kamera sensorları ölçü baxımından 1 düym-lük IMX989-dan bir qədər kiçik olsalar da, daha təkmilləşdirilmiş funksiyaları təklif edəcəklər. Bununla yanaşı bu kamera sensorlarından biri yaxın zamanda təqdim olunacaq iPhone 15 seriyasındakı iPhone 15 Pro Max modelinə quraşdırılmalıdır.

Məlumata əsasən IMX903 1/1.14 düym ölçülü 48 MP-lik kamera sensorudur və onun bir pikselinin ölçüsü 1.4 mikrometr təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, IMX989 kamera sensorunun bir pikselinin ölçüsü 1.6 mikrometrdir. IMX903 öz növbəsində iki pikselli avtofokusu dəstəkləyəcək. Bu isə hərəkətdə olan obyektlərə fokuslanmanı təmin edəcək. Sözügedən kamera sensoru üstəlik Dolby-nin geniş dinamik diapazon texnologiyasını, yüksək fps göstəricili 4K videoların çəkilməsini və kinematoqrafik rejimdə çəkilişi dəstəkləyəcək.

MX907 kamera sensoruna gəldikdə, onun ölçüsü bir qədər böyükdür. Bu, 1/1.12 düym ölçülü 50 MP-lik kamera sensorudur. Onun hər bir pikselinin ölçüsü 1.4 mikrometr təşkil edir. IMX907 potensial olaraq 200 MP keyfiyyətində fotoların çəkilişini mümkün edə bilər. Bəzi məlumat sızıntılarına əsasən iPhone 15 Pro Max-a məhz Sony IMX903 kamera sensoru quraşdırılacaq.