• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1230
— 28.07.2023 13:48

ChatGPT 2 saata elmi məqalə tərtib edib

İsraildən olan iki nəfər bioloq elmi məqaləni ChatGPT vasitəsilə 2 saata hazırlayıblar. Nəticədə əldə edilmiş elmi məqalə rahat oxunan və akademik məqalənin strukturuna olan tələblərə uyğun olub. Bununla belə məqalənin müəllifləri şikayətləniblər ki, bu cür nəticənin əldə olunması üçün onlar çoxlu sayda maneələrdən keçməli olublar. Bu cür texnologiyanının rahat istifadəsi və mənfi cəhətləri isə elmin gələcəyi barəsində narahat olmağa vadar edir. Bioloqların aparmış olduqları təcrübənin əsas məqsədi elmi məqalələrin yazılması prosesində ChatGPT-nin köməkçi kimi iştirak imkanlarının araşdırılması olub.

Mütəxəssislərin fikirlərinə əsasən bu cür texnologiyanın elmin rifahı istiqamətində asan və təhlükəsiz şəkildə istifadəsi üsullarının hazırlanması üçün akademik cəmiyyətdə süni zəka modellərinin müsbət və mənfi tərəfləri artıq müzakirəyə çıxarılmalıdır. İsrailin Hayfa şəhərində yerləşən İsrail Texnoloji İnstitutunun mütəxəssisi Roy Kishony və onun tələbəsi Tal Ifargan ChatGPT-dən məlumatlarda qanunauyğunluqların axtarışı üçün nəzərdə tutulmuş kodun tərtib edilməsini istəyiblər. Çat-bot onlara fiziki aktivlik ilə pəhrizin şəkərli diabet riskinə necə təsir göstərdiklərinin tədqiq edilməsini məsləhət görüb.

Yetəri qədər kodu tərtib edərək çat-bot nəticələri sərgiləyib. Çat-botun təqdim etmiş olduğu nəticələrə əsasən meyvələr və tərəvəzlərlə qidalanmaq və üstəlik fiziki aktivlik şəkərli diabet riskini aşağı salır. Daha sonra çat-bot əsas nəticələri cədvəldə birləşdirərək onları əhatə edən birinci fəsili fərdi şəkildə yazıb. Mütəxəssislər addım-addım ChatGPT-dən lazımi fəsillərin yazılmasını istəyiblər. Giriş, tədqiqat metodologiyası və s. Növbəti mərhələdə isə mütəxəssislər çat-botu elmi məqalənin daha da yaxşılaşdırılmasına məcbur ediblər. Əldə edilmiş məqalə rahat oxunan və anlaşılan şəkildə alınsa da, ideal elmi məqalədən uzaqdır. Mütəxəssislər qeyd ediblər ki, onlar ChatGPT-nin məlumatları uydurması problemi ilə qarşılaşıblar. -