• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2063
— 27.07.2023 12:17

“Apple”ın süni zəka əsaslı çat-botu

Bloomberg saytının insayderi Mark Gurman-ın verdiyi məlumata əsasən, Apple şirkəti generativ süni zəka sisteminin yaradılması üçün nəzərdə tutulmuş framework üzərində çalışır və üstəlik ChatGPT-yə bənzər süni zəka əsaslı çat-botunu yaradıb. İnsayderin sözlərinə əsasən Apple özünün generativ süni zəka sisteminin hazırlanmasında Ajax kod adına sahib platformadan istifadə edir. Bu platforma ChatGPT kimi çat-botların əsasında dayanan böyük dil modellərinin yaradılması üçün nəzərdə tutulub. Ajax platformasından istifadə edərək Apple mütəxəssisləri süni zəka əsaslı çat-botu yaradıblar. Məlumatda qeyd edilib ki, şirkət daxilində çat-bot Apple GPT adını ədlə edib.

Məlumata əsasən, Ajax platformasının özü 2022-ci ildə hazırlanıb və Apple şirkətinin machine learning ilə bağlı texnologiyalarının birləşdirilməsi üçün nəzərdə tutulub. Şirkətin süni zəka əsaslı çat-botuna gəldikdə isə o, şirkət mütəxəssisləri tərəfindən keçən ilin sonunda hazırlanıb və bir növ təcrübi layihə statusunu daşıyır. Mark Gurman bildirib ki, Ajax platformasının framework-u Google Jax adlı framework bazası əsasında qurulub və Google Cloud-da çalışır. Gurman əlavə edib ki, şirkətin Apple MapsSiri səsli köməkçisi və axtarış sistemi artıq Ajax platforması əsasında hazırlanmış bəzi süni zəka funksiyalarını əldə ediblər. Lakin həmin funksiyalar hələ adi istifadəçilər üçün aktivləşdirilməyib.

Məlumata əsasən, adları sadalanmış məhsullarda reallaşdırılmış süni zəka funksiyaları hələ ki, şirkət daxilində test olunurlar. Şirkət öz növbəsində böyük dil modellərinin hazırlanması ilə məşğuldur. Hazırlanan böyük dil modellərindən biri şirkətin ChatGPT analoqunun əsasını təşkil edə bilər. Lakin bununla belə şirkət Apple GPT-ni öz ekosisteminə necə inteqrasiya edəcəyini hələ bilmir. Məlumatda qeyd edilib ki, test rejimində süni zəka əsaslı çat-bot yeni məhsulların prototipləşdirilməsində, məlumatların ümumiləşdirilməsində və onun təlimatlandırılmasında istifadə edilmiş məlumatlar istiqamətində olan suallara cavabların tərtib edilməsində istifadə edilir. Gurman-ın mənbələrinin sözlərinə əsasən, Apple GPT digər analoqlardan fərqlənəcək hansısa bir özəlliyiə sahib deyil. Ümumilikdə o, ChatGPT və Bing Chat kimi çalışır.