• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1143
— 25.07.2023 12:58

Elektron kitabları oxunmaq üçün eynək

Sol şirkəti elektron kitabların oxunması üçün nəzərdə tutulmuş qeyri-adi cihazı təqdim edib. Cihazın qeyri-adiliyi ondan ibarətdir ki, o, qarışıq reallıq (AR + VR) və ya AR eynək tərzində reallaşdırılıb. Sol Reader adlı cihaz elektron kitabların oxunması üçün nəzərdə tutulan planşet tərzindəki cihazların alternatividir. Sol Reader iki ədəd E Ink ekranı özündə birləşdirir. Bu səbəbdən də istifadəçi sözügedən eynəyi taxan zaman onun gözlərinin qarşısında mətnlər əks olunur.

Eynək öz daxili yaddaşına sahib deyil. Elektron kitabların ekranda əks olunması üçün eynək smartfona Bluetooth vasitəsilə qoşulur və xüsusi tətbiqdən istifadə edir. Bu cihazın əsas üstünlüyü optikanın ayarlanması mümkünlüyündədir. Beləliklə, əgər istifadəçi zəif görmə qabiliyyətinə sahibdirsə, əlavə linza və ya eynəkdən istifadə etməyə ehtiyac qalmayacaq. Cihaz özündə həmçinin LED işıqlandırmanı və naqilsiz pultu birləşdirir. Pult eynəyin komplektinə daxildir və elektron kitabdakı səhifələrin çevrilməsi üçün nəzərdə tutulub. Eynəyin özü heç bir naqil olmadan çalışa bilir və çalışma müddəti 25 saat təşkil edir. Onun tam şəkildə şarj olunması üçün isə 2 saat vaxt lazımdır. Sol Reader bu ilin payız fəslində 350$-a satışa çıxacaq.