• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1035
— 24.07.2023 12:47

NASA Ayda faydalı qazıntıların əldə edilməsini planlaşdırır

Məlum olub ki, NASA 2032-ci ilə qədər Ayda faydalı qazıntıların və digər resursların əldə edilməsini planlaşdırır. Məlumatda qeyd edilib ki, ilkin növbədə Ayda su ilə oksigenin əldə edilməsi reallaşdırılacaq. Daha sonra isə dəmir və nadir torpaq metalları yataqlarının təyin edilməsi baş tutacaq. NASA faydalı qazıntıların tapılması məsələsində investisiyaların əldə edilməsi üçün Aydakı resursların potensial həcmini təyin etməyi planlaşdırır. “Xarici investisiyaların məna kəsb etmələri və onların istehsalatın inkişafına xeyir vermələri üçün biz, kəşfiyyat mərhələsinə investisiyalar yatırmağa və resursları qiymətləndirməyə çalışırıq”, - deyə NASA təmsilçisi qeyd edib.

Məlumata əsasən NASA yaxın zamanda Aya test məqsədli qazma qurğusunu göndərməyi planlaşdırır. 2032-ci ilə qədər isə NASA resursları daha geniş miqyasda əldə etməyə və faydalı qazıntıların emal edilməsi üçün nəzərdə tutulmuş zavodun Ay səthində inşa edilməsinə ümid edir. Gözləntilərə əsasən NASA-nın bu mövzuda ilk kommersiya məqsədli müştəriləri özəl kosmik şirkətlər ola bilərlər. Həmin şirkətlər oksigenin və raket yanacağının əldə edilməsində Ay resurslarından istifadə edə bilərlər. Məlumatda qeyd edilib ki, Avstraliya Kosmik Agentliyi NASA-nın layihəsində aktiv iştirak edir.