Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb. Mustafa Əhmədovun sürücülük hüququ olmadan "VAZ" markalı avtomobillə avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçıları üçün təhlükə yaratdığı məlum olub. Şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Mustafa Əhmədov 18 sutka müddətinə inzibati qaydada həbs olunub. Bundan başqa, keçirilən mütəmadi tədbirlərlə avtomobillərinə qanunsuz konstruksiya dəyişikliyi edən şəxslər barəsində də qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişiklik aradan qaldırılıqdıqdan sonra avtomobillərin istismarına icazə verilib.
- Baxış: 607