• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1386
— 19.07.2023 19:08

Gəncədə küçə itləri yaşlı qadına xəsarətlər yetirib

KepezTV Player

Gəncədə 71 yaşlı qadın bazar ərazisində küçə itlərinin hücumuna məruz qalıb. Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən yarmarka ərazisində qeydə alınıb. Bir neçə küçə itinin hücumuna məruz qalan Xəlilova Sədaqət Həsən qızı müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurulub. Faktla bağlı araşdırma aparılır.

Fərid Mehdiyev