• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 17.07.2023 12:54

Ən parlaq ulduzlardan biri supernovaya çevrilə bilər

Elmə məlum olan ən parlaq ulduzlardan biri Betelqeyze 4 il bundan öncə öz parlaqlığını itirməyə başladı. Həmin müddətdən astronomlar sözügedən ulduzu diqqətli şəkildə müşahidə edirlər. Bu məsələdə əsas intriqa Betelqeyzenin supernovaya (ulduzun öz fəaliyyətinin sonunda baş verən güclü partlayış) çevrilmə müddətinin dəqiq proqnozudur. Daha öncə astronomlar proqnozlaşdırırdılar ki, Betelqeyze supernovaya on minlərlə ildən sonra çevriləcək. Lakin bu, yaxın gələcəkdə də baş verə bilər. Betelqeyze qırmızı super nəhəngdir (çox böyük kütlkəyə sahib ulduz sinifi). O, Yer kürəsindən 650 işıq ili uzaqlığında Orion bürcündə yerləşir.

Sözügedən ulduz hal hazırda supernovaya çevrilmə mərhələsinə çox yaxındır. Lakin ulduzun supernovaya çevrilmə mərhələsinə nə zaman keçid edəcəyi bir neçə faktordan asılıdır. Həmin faktorlardan biri də ulduzun real ölçüsünün nə qədər olması ilə bağlıdır. Astronomlar isə artıq uzun illərdir ki, Betelqeyzenin real ölçüsü mövzusunda mübahisələr aparırlar. Son hesablamalara əsasən Betelqeyzenin real ölçüsü böyük ehtimal ilə O sinifinə (yüksək temperaturlu səthə və mavi rəngə sahib ulduz növü) daxil olan ulduzların ölçülərindən daha kiçikdir. Bu isə o deməkdir ki, Betelqeyzenin supernovaya çevrilməsi üçün on minlərlə il vaxt lazım ola bilər.

Lakin mütəxəssislər Betelqeyze barəsində olan bütün məlumatları yenidən analiz edərək belə qənaətə gəliblər ki, onun ölçüsü əslində daha böyük ola bilər. Bu səbəbdən də sözügedən ulduzun supernovaya çevrilməsi növbəti 50-60 il ərzində baş verə bilər. Mütəxəssislərin aparmış olduqları araşdırmalara əsasən Betelqeyzenin radiusu bizim Günəşin radiusundan 1300 dəfə daha böyük ola bilər. Əgər bu məlumat həqiqəti əks etdirirsə, deməli Betelqeyze supernovaya təqribən 2050-ci ildən sonra çevriləcək.