• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 931
— 14.07.2023 13:18

6 dəqiqəyə tam şarj olunan konseptual elektromobil

Callum və Nyobolt adlı şirkətlər birgə idman tərzində olan konseptual elektromobili təqdim ediblər. Təqdim edilmiş konseptual elektromobil Nyobolt adını əldə edib. Onun əsas fərqləndirici özəlliyi isə ondadır ki, o, mövcud olan infrastrukturun istifadəsi ilə cəmi 6 dəqiqəyə şarj olunur. Bununla yanaşı elektromobil xarici görünüşcə məşhur Lotus Elise avtomobilini xatırladır. Əslində isə elektromobilin xarici görünüşcə Lotus Elise avtomobilinə bənzəməsi heç də təsadüfi deyil. Belə ki, hər iki nəqliyyat vasitəsinin dizaynı üzərində məşhur avtomobil dizayneri olan Julian Thomson çalışıb.

Beləliklə, məlumata əsasən Nyobolt adlı konseptual elektromobil karbon gövdə ilə təchiz olunub. Elektromobilin çəkisi 1 ton təşkil etdiyi üçün onda olduqca kiçik ölçülü litium-ion batareyadan istifadə edilib. Məlumata əsasən, elektromobilin batareya həcmi 35 kilovatt saat təşkil edir. Bu cür batareya sayəsində elektromobil 250 km yol qət edə bilər. Müasir elektromobillərin qət edə bildikləri məsafə göstəricilərini nəzərə alsaq, Nyobolt-un qət edə bildiyi məsafə göstəricisi olduqca aşağıdır. Lakin Nyobolt sürətli şarj texnologiyası vasitəsilə bunu kompensasiya edir. Belə ki, elektromobili 100% enerji ilə təmin etmək üçün sadəcə 6 dəqiqə vaxt lazımdır. Nyobolt-un nəticədə satışa çıxıb-çıxmayacağı bilinmir.