• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 833
— 13.07.2023 12:14

Kontaktsız ödənişlər təkmilləşdirilir

AppleGoogleHuaweiQualcommmSony və digər texnoloji şirkətlərinin də üzv olduqları NFC Forum adlı təşkilat NFC texnologiyasının 2028-ci ilə qədər nəzərdə tutulmuş inkişaf xəritəsini təqdim edib. Təşkilatın planlarına əsasən kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC texnologiyasını böyük dəyişikliklər gözləyir. NFC texnologiyasının 2028-ci ilə qədər nəzərdə tutulmuş inkişaf xəritəsi 5 əsas istiqaməti əhatə edir. Həmin istiqamətlər aşağıdakılardır.

- NFC üzərindən naqilsiz şarj gücünün 1 vatt-dan 3 vatt-a yüksəldilməsi. Bunun sayəsində bəzi kompakt ölçülü cihazları şarj etmək mümkün olacaq.

- NFC-nin çalışma radiusunun 5 mm-dən 20-30 mm-ə kimi yüksəldilməsi. Bu, öz növbəsində kontaktsız ödənişləri rahat və sürətli etməlidir. Belə ki, bu halda smartfonu ödəniş terminalına çox yaxın məsafəyə kimi yaxınlaşdırmağa ehtiyac qalmayacaq.

- NFC vasitəsilə bir dəfəyə bir neçə əməliyyatın yerinə yetirilməsi. Məsələn; bu yenilik çərçivəsində kontaktsız ödənişlər zamanı daimi müştəriləri təyin etmək və onlar üçün bonus proqramlarını tətbiq etmək mümkün olacaq.

- Cihazlar arasında əlaqənin təkmilləşdirilməsi. Ödəniş terminalı qismində smartfondan istifadə edən müəssisələr və fiziki şəxslər istənilən yerdə ödənişlərin qəbul edilməsi məsələsində daha geniş imkanlara sahib olacaqlar.

- Müxtəlif formatlarda olan məlumatların mübadiləsi məsələsində NFC imkanlarının genişləndirilməsi. Bunun vasitəsilə məsələn, bu və ya digər məhsulun tərkib hissəsi və onun emal edilməsi üsulları barəsində məlumatları bölüşmək mümkün olacaq.