• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 12.07.2023 12:35

Elektromobillərə qlobal miqyasda keçid ətraf mühitə ziyansız ötüşməyəcək

Mütəxəssislər elektromobillər vasitəsilə 2019-cu ildən 2022-ci ilə kimi Çikaqoda olmuş səyahətlər barəsində məlumatları analiz edərək belə qənaətə gəliblər ki, qlobal miqyasda elektromobillərə keçid havanın çirklənməsi və avtomobil yollarında hərəkət problemini daha pis vəziyyətə salacaq. Mütəxəssislər hesab edirlər ki, elektromobillər vasitəsilə edilən səyahətlər atmosferə parnik qazlarının ifrazını 40-45% aşağı salır. Lakin eyni zamanda havanın çirklənməsi göstəricisini 6-11% yüksəldə biləcək dəyişənlər mövcuddur.

 Əsas faktorlar ənənəvi yanacaq növü vasitəsilə çalışan elektrostansiyalara aid edilən bərk hissəcikləri və kükürd ilə azot oksidlərini əhatə edirlər. Həmin elektrostansiyalar isə elektromobillərin şarj olunmaları üçün nəzərdə tutulmuş şarj stansiyalarını elektrik enerjisi ilə təmin edirlər. Mütəxəssislər həftə içi, nəqliyyat vasitələri ilə hərəkətin sıx olduğu həftə sonlarını və ilin müxtəlif fəsillərində taksi servislərinin reallaşdrmış olduqları milyondan çox səyahəti analiz ediblər.

Mütəxəssislər belə qənaətə gəliblər ki, taksi xidmətlərinin elektromobillərə keçid etmələri onların dayanma vaxtlarının artmasına səbəb olacaq. Belə ki, bu nəqliyyat vasitələri bir şarj stansiyasından digərinə hərəkət etmək üçün əlavə yol qət etməli olacaqlar. Elektromobillərin dayanma vaxtlarının yüksəlməsi isə avtomobil yollarında tıxac hallarının, yol qəzası risklərinin və səs-küy səviyyəsinin artmasına gətirib çıxaracaq. Lakin bununla belə, mütəxəssislər elektromobillərin müsbət cəhətlərini də inkar etmirlər. Elektrik enerjisinə keçid etmiş taksi ekosistemi cəmiyyətə təsir göstərən zərərin 3% aşağı salınmasına imkan verə bilər.