• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 11.07.2023 13:09

Mətn formatında təsvir əsasında musiqi bəstəsi tərtib edən servis

Meta şirkəti öz daxili komandası tərəfindən yaradılmış MusicGen adlı musiqili böyük dil modelini təqdim edib. Mətn formatında təsvir əsasında sözügedən süni zəka sistemi 12 saniyəlik musiqi bəstəsi tərtib edə bilir. Lakin yaxın zamanda sözügedən sistem müəllif hüquqları mövzusu ilə bağlı ciddi şəkildə araşdırıla bilər. Belə ki, Meta şirkətinin tərtibatçılarının sözlərinə əsasən MusicGen-in təlimatlandırılmasında lisenziyalı musiqilərdən istifadə edilib. MusicGen-dən istifadə etmək üçün istifadəçi tərtib edilməsi planlaşdırılan musiqi bəstəsini mətn formatında qısa şəkildə təsvir etməlidir.

Bunu etdikdən sonra MusicGen 12 saniyəlik musiqi bəstəsi tərtib edəcək. Bu süni zəka sisteminin istifadəçinin sorğusunu daha yaxşı şəkildə başa düşməsi üçün istifadəçi sistemə hətta öz mahnısını da yükləyə bilər. Hal-hazırda MusicGen servisi Hugging Face adlı saytda açıq şəkildə yerləşdirilib və o, istənilən istifadəçi tərəfindən istifadə edilə bilər. Google şirkətinin MusicLM adlı generativ süni zəka sistemindən fərqli olaraq MusicGen vokal hissəsinin tərtib edilməsi imkanına sahib deyil. O, sadəcə olaraq sadə musiqi melodiyalarının tərtib edilməsinə imkan verir.