• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 881
— 10.07.2023 12:13

Ultrageniş əyilmiş dizaynda yeni monitor təqdim edildi

Lenovo şirkəti ThinkVision P49w-30 adlı yeni monitorunu təqdim edib. Təqdim edilmiş bu yeni ultrageniş monitor əyilmiş dizaynda reallaşdırılıb. Lenovo ThinkVision P49w-30 əsasən müxtəlif professional tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulsa da, kompüter oyunlarını oynamağa da yarayır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 5120x1440 piksel keyfiyyətli 49 düym IPS ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir. O, DCI-P3 rəng diapazonunun 98%-ni əhatə edir və özündə 5 vatt gücündə olan bir neçə səsgücləndiricini birləşdirir. Bununla yanaşı Lenovo ThinkVision P49w-30 HDMI 2.1DisplayPort 1.4Thunderbolt 4 və USB Type-C girişlərinə sahibdir. Yeni monitorun nə zaman satışa çıxacağı barəsində məlumat daha sonra veriləcək. Onun ABŞ bazarında qiyməti 1905$ təşkil edəcək.