• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 999
— 08.07.2023 19:22

Həyat yoldaşını tüfənglə yaralamaqda şübhəli bilinən Şəmkir sakini saxlanılıb

KepezTV Player

Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü Zəhra Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun rayonun Çinarlı qəsəbəsində yerləşən yaşayış evində arvadı Zəhra Əhmədovaya ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Əfsun Əhmədov tutulub. Fakta görə Şəmkir rayon prokurorluğunda cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.