• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2288
— 07.07.2023 12:03

Samuxda bıçaqlanma hadisəsi baş verib

KepezTV Player

Samuxda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb. Gəncə şəhər Məhsəti qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rəşad Rəsulov qarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.