• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1412
— 07.07.2023 11:57

2022-ci ildə 12 milyard dollara yaxın kriptovalyuta oğurlanıb

Hackerlər və dələduzların fəaliyyətləri səbəbilə 2022-ci ildə kriptovalyuta sahibləri ümumilikdə 11.5 milyard dollar vəsait itiriblər. Kriptovalyutaların qiymətlərinin aşağı düşməsinə baxmayaraq onlarla bağlı olan cinayətlərin dollar miqyasında həcmi 2021-ci ildən indiyə kimi dəyişilməz olaraq qalıb. Bununla yanaşı statistikaya əsasən bitcoinin ən bahalı kriptovalyuta olmasına baxmayaraq, dələduzlar ona çox az hallarda diqqət ayırırlar. 2022-ci ildə 7.8 milyard dollar dəyərində olan kriptovalyuta müxtəlif maliyyə piramidalarına sərf edilib, 3.7 milyard dollar dəyərində kriptovalyuta isə oğurlanıb. Qadağan edilmiş maddələrin darknetdəki satışlarına isə 1.5 milyard dollar dəyərində kriptovalyuta xərclənib.

Şəbəkələrə edilmiş kiberhücumlar nəticəsində dələduzlar ümumilikdə 2 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar. Söhbət, vəsaitlərin bir blockchaindən digərinə köçürülməsi xidmətini təklif edən servislərə edilmiş kiberhücumlardan gedir. Vəsaitlərin şəbəkə daxilində yerdəyişmələrini izləmək çətin məsələ olduğu üçün dələduzlar çox zaman bu cür kiberhücumlara üstünlük verirlər. Hackerlər və dələduzlar mühitində bitcoinin məşhurluq səviyyəsi aşağı düşüb. Belə ki, 2016-cı ildə kriptovalyuta oğurluqlarının 1/3 hissəsi bitcoinin üzərinə düşürdüsə, 2022-ci ildə bu göstərici cəmi 3% təşkil edib. Hackerlər ilə dələduzlar arasında ən məşhur blockchainlər isə Ethereum (68%) ilə Binance Smart Chain-dir (19%).