• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1187
— 06.07.2023 12:50

“Qırmızı” planetin əsl rəngi bəlli olub

Mars Express adlı planetlərarası stansiyanın fəaliyyətinin 20 illik yubileyi şərəfinə Avropa Kosmik Agentliyi (ESAMars planetinin minimum filtrə sahib 90 ədəd təsvirindən təşkil edilmiş panoram fotosunu təqdim edib. Panoram fotodan məlum olub ki, Mars bir çox insanın düşündüyü kimi heç də tam olaraq qırmızı planet deyil. Panoram fotoda bir çox rəng çalarını görmək olar. Onlardan hər biri Marsın səthi üçün xarakterik olan müəyyən tərkib hissələrini əks etdirirlər.

Məsələn qara və mavi sahələr vulkanik aktivliyə işarə edirlər. Vulkanik aktivlik zamanı boz-qara rəngli bazalt qumu planetin səthinə yataraq qara geniş laylar formalaşdırırlar. Külək isə həmin qumları səth üzrə yayaraq böyük ölçülü qum təpələrini formalaşdırır. Panoram fotoda həmçinin ağ rəngli ləkələri görmək olar. Onlar sulfat minerallardır. Sulfat çöküntülər ona işarə edirlər ki, zamanında su daha turş şəraitdə yoxa çıxıb. Bu isə o deməkdir ki, Mars hətta okeanlara sahib olduğu bir vaxtda da həyat şəraiti olmayan bir mühiti özündə birləşdirib.