• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1657
— 03.07.2023 12:03

Yeznəsini qətlə yetirən şəxs saxlanılıb

KepezTV Player

İyulun 2-də Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü Arif Muxtarovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1998-ci il təvəllüdlü Əkbər Vəliyevin iyulun 1-də Sumqayıt şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı bacısının əri Arif Muxtarova bıçaqla xəsarətlər yetirməsi və zərərçəkmişin növbəti gün həmin xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi istintaq edilir. Əkbər Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub