• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1696
— 01.07.2023 20:03

Tovuzda bir neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırılıb

KepezTV Player

Tovuz rayonunda yağan intensiv leysan yağışları nəticəsində rayonun yol infrastrukturuna ziyan dəyib, bəzi yollarda nəqliyyatın hərəkəti tamamilə dayanıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Belə ki, rayon ərazisində Tovuz-Böyük Qışlaq-Qaralar, Tovuz-Qovlar-Ağbaşlar və Sarıtala-Çobansıxnaq avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və qaya parçaları tökülüb, suötürücü borulara ziyan dəyib. Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub. Aparılan tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.