• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 25.06.2023 19:10

Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib

KepezTV Player

İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində intensiv yağışlar nəticəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub. FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.