• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1305
— 22.06.2023 20:36

Qəzada 11 nəfər yaralandı

KepezTV Player

Şəmkirdə ağır yol qəzası baş verib. 11 nəfərin xəsarət aldığı hadisə 2 avtomobilin iştirakı ilə baş verib.

Ağır yol qəzası Şəmkir-Gədəbəy yolunda baş verib. Gədəbəydən Şəmkir istiqamətində hərəkətdə olan “Hunday Santafe”-nin sürücü 1993-cü il təvəllüdlü Yasin Məmmədzadənin avtomobili qarşı hərəkət zolağına çıxarması “VAZ 2106” ilə toqquşmanı qaçılmaz edib. 

Qəza nəticəsində 2014-cü il təvəllüdlü Yusif Alıyev, 1993-cü il təvəllüdlü Yasin Məmmədzadə, 2021-ci təvəllüdlü Eltac Rəhimov, 1994-cü il təvəllüdlü Nüranə Məmmədova, 2017-ci il təvəllüdlü Məzahir Məmmədov, 1971-ci il təvəlüdlü İlhamə Qəhrəmanova, 1981-ci il təvəllüdlü Hüsniyə Alıyeva, 1966-cı il təvəllüdlü İlham Məmmədov, 2012-ci il təvəllüdlü Aysu Alıyeva, 2018-ci il təvəllüdlü Aytac Rəhimova və 2015-ci il təvvəlüdlü Mələk Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəmkir Rayon Mərkəzi xəstəxanasının Təcili Yardım bölməsinə yerləşdiriliblər. Yaralılardan 2 nəfər ambulator müalicəyə buraxılıb. 3 nəfərin isə vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanalara göndərilib. 

Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırmalar aparılır.

Elnur Vahidoğlu