• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 696
— 14.06.2023 20:25

Basketbol liqasının qalibi bəlli olub

KepezTV Player
Gəncədə keçirilən basketbol liqasına yekun vurulub. Regionda ilk dəfə təşkil edilən yarış bu ilin yanvar ayında start götürüb və birinclikdə 8 komanda mübarizə aparıb. Gəncə Olimpiya İdman Kompleksində baş tutan finalda Telekom və Regional Kollec komandaları üz-üzə gəlib. Liqanın favoriti sayılan birincilər həlledici oyunda rəqibini 58:42 hesabıyla məğlub edərək çempion olublar. Yarışda bürünc medalları isə Texnologiya Universitetinin kollektivi qazanıb. Fəxri yerlərdə qərarlaşan komandalar medal, diplom, həmçinin kubokla təltif ediliblər.