• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 896
— 13.06.2023 10:28

"Kəpəz"də yeni dönəm başlayır

KepezTV Player

"Kəpəz" yeni baş məşqçisi Azər Məmmədovla rəsmi müqavilə bağlayıb. Çalışdırıcının Gəncə şəhər stadionunda baş tutan imzalanma mərasimində media nümayəndələri də iştirak edib.

47 yaşlı mütəxəssislə 1+1 il müddətinə müqavilə bağlanıb.

Daha sonra Azər Məmmədov ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimində klub rəhbərliyi də iştirak edib. Təyinatla bağlı danışan klubun idarə heyətinin sədri İlqar Nadiri yeni baş məşqçi ilə uzunmüddətli yola çıxdıqlarını və klubun əvvəlki əzəmətini geri qaytarmaq istədiklərini deyib. Komandanın sükanı arxasına gətirilən Azər Məmmədov böyük tarixi olan klubun yenidən ölkə futbolunda sözünü deməsi üçün əllərindən gələnin ən yaxşısı edəcəklərini söyləyib.

Heyətə yeni oyunçuların cəlb ediləcəyini bildirən çalışdırıcı komandadan ayrılan gəncəli oyunçuları da mümkün qədər geri qaytaracaqlarını ifadə edib.

Azər Məmmədov Gəncə futbol məktəbinin yetirməsidir. Kəpəz üçün yad sima olmayan məşqçi əvvəllər də doğma klubunda çalışıb. Klub birinci divizionda olanda bir müddət əsas komandanın, elitada olduğu dövrdə isə əvəzedici heyətin baş məşqçisi olub. Həmçinin, uşaq futbolunun koordinatoru vəzifəsini icra edib.

Orxan Cəfərzad