• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1748
— 11.06.2023 20:00

Cüdoçu bacıların uğuru

KepezTV Player

Gəncəli bacı cüdoçular Dəniz və Hilay Həbiblilər qatıldıqları yarışlardan şəhərə medallarla dönüblər. 1 ilə yaxındır ki, bu idman növü ilə məşğul olmalarına baxmayaraq yeniyetmələr mükafatçılar sırasına düşə biliblər.

Nizami yurdunun yetirmələrindən Dəniz Həbibli 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyində iştirak edib. Bakıda keçirilən yarışda 13 yaşlı Dəniz 63 kq-da bürünc medal qazanıb. Onun kiçik bacısı Hilay Həbibli isə Göygöldə təşkil edilən “Yaponiya-Azərbaycan Dostluğu” Səfir Kuboku turnirdə fəxri kürsüdə yer alıb. 44 kq çəkidə tatami üzərinə çıxan Hilay ilk dəfə qatıldığı yarışda boynundan medal asdıra bilib.

Dəniz və Hilayın atası Samir Həbibli güləş yarışlarında hakim qismində iştirak edir. Ədalət qoruyucusu övladlarının gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklərinə çox inandığını deyib. Dəniz və Hilay Həbibli idmanla yanaşı incəsənətlə də məşğul olurlar. Onlar rəssamlıq və rəqs müsabiqələrində Cavadxan yurdunu bir sıra yerli əhəmiyyətli yarışlarda təmsil edirlər.

Orxan Cəfərzadə