• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 674
— 07.06.2023 20:01

Yanğına görə 100 nəfər təxliyə edilib

KepezTV Player

Gəncənin Poçt qəsəbəsində yerləşən 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində yanğın olub. Yanğın üçmərtəbəli binanın 3-cü mərtəbəsində baş verib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 1 otağın 25 kv.m-i yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın nəticəsində müəssisənin fəaliyyəti dayandırılmayıb.