• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1559
— 07.06.2023 15:59

Qəzada xəsarət alanlar var

KepezTV Player

Ağstafada yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan “Opel” markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı 3 nəfər - Ağstafa rayon sakini, 48 yaşlı Gülnarə Hüseynova, 40 yaşlı Nuranə Qasımova, 20 yaşlı Sənan Qasımlı xəsarət alıb. Onlar Ağstafa Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Həkimlərin müdaxiləsindən sonra vəziyyətləri orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.