• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1879
— 02.06.2023 12:18

“Apple” naqilsiz qulaqlığını təqdim edib

Apple şirkəti Beats Studio Buds+ naqilsiz qulaqlığını təqdim edib. Şirkət yeni naqilsiz qulaqlıqda səslənmə keyfiyyətini yaxşılaşdırmaqla yanaşı onun şəffaf gövdəyə sahib versiyasını da satışa çıxardıb. Apple bildirib ki, Beats Studio Buds+ naqilsiz qulaqlığının daxili komponentlərinin 95%-i yenilənib. Əsasən qulaqlıqların mikrofonlarının ölçüləri böyüyüb. Bununla yanaşı onların gövdələri IPX4 standartı üzrə sudan qorunurlar. Həmçinin qulaqlıqların dinamiklərinin ölçüləri də 3 dəfə böyüyüb.

Bunun sayəsində ətraf səs-küyün aktiv boğulması funksiyası və şəffaf rejim daha yaxşı şəkildə çalışırlar. Beats Studio Buds+ Android (Google Fast Pair) və iOS cihazlara sürətli qoşulmanı dəstəkləyir. Əlavə olaraq naqilsiz qulaqlıqlar Dolby Atmos dəstəkli həcmli səslənməni və sürətli şarj texnologiyasını dəstəkləyirlər. Şirkətin verdiyi məlumata əsasən 10 dəqiqəlik şarj prosesi sayəsində qulaqlıqlar 1 saat ərzində çalışa bilirlər. Şarj keysi ilə birlikdə isə onların ümumi çalışma müddəti 36 saat təşkil edir. Onu da qeyd etmək lazımdır ki, şarj keysi USB Type-C girişinə sahibdir. Beats Studio Bus+ artıq satışa çıxıb və 170 dollara satılır.