• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1056
— 30.05.2023 15:58

Avtomobilləri nasaz olan sürücülər məsuliyyətə cəlb olunub

KepezTV Player

Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində "Təmiz hava" aylığı ilə bağlı avtomobillərə baxış keçirib. Tədbir zamanı texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. Yol polisi əməkdaşları sürücülərin diqqətinə çatdırıblar ki, nasaz nəqliyyat vasitələri idarə etməsinlər. Çünki “Yol hərəkəti haqqında” qanuna görə, hər bir sürücü nəqliyyat vasitəsini saz vəziyyətdə və qaydalar çərçivəsində saxlamağa borcludur. Bu sürücülərin qanunla nəzərdə tutulmuş vəzifələrindən biridir. Yol Polis Şöbəsinin əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıb. "Təmiz hava" aylığı may 1-dən iyunun 1-dək  keçirilir.