• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2324
— 29.05.2023 10:15

Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə!

KepezTV Player

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində, Rusiya Çar İmperiyası devrildi. Bu hadisədən sonra xalqımız öz azadlıqlarını geri qazanmaq üçün hərəkat başlatdılar və Azərbaycan xalqı 1918-ci il mayın 28-də bu arzusuna çatdı. Məhəmməd Əmin Rəsulzadə tərəfindən demokratik respublika qurulduqdan sonra “İstiqlal Bəyənnaməsi” qəbul edildi və Azərbaycan Xalq Cümhuriyyəti yarandı və cəmi 23 ay davam etdi. Bundan 71 il sonra Azərbaycan öz müstəqilliyini bərpa edə bildi. 1993-cü il 15 iyunda Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra azərbaycançılığın əbədi yaşaması üçün dövlətin gücləndirilməsini əsas götürdü.

Ulu öndər uzaqgörən fəaliyyətini Azərbaycançılıq fəlsəfəsi üzərində qurdu. Azərbaycan dili dövlət dili olaraq təsbit olundu. Həmçinin onun bir çox siyasi-iqtisadi islahatları nəticəsində elə həmin dövrdən başlayaraq Azərbaycan sürətlə inkişaf etdi. Azərbaycanı xarici düşmənlərin təcavüzündən qorumaq üçün ilk addım orudunun gücləndirilməsi oldu və biz bunun nəticəsini 44 günlük Vətən müharibəsində dövlətimizin bütövlüyünü bərpa etməklə gördük.

Vətənpərvərlik dərin anlama malik kəlmədir. Və ən müqəddəs, ən ülvi hisslərdən, duyğulardan biridir. Müstəqil bir dövlətin vətəndaşı olmaq isə bu hisslərin başında gəlir. Hansı ki, bu hissləri bizə Ümümilli Lider Heydər Əliyev bəxş edib.

Lalə Sadıqova