• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2123
— 28.05.2023 19:55

Dava zamanı qardaşlardan biri öldürüldü

KepezTV Player

Gədəbəyin Novosaratovka kəndində kütləvi dava olub. Nəticədə 1 nəfər qətlə yetirilib, 2 nəfər isə bıçaq xəsarəti alıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri - 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə ediblər. Mübahisə böyüyərək davaya çevrilib və yetirilmiş bıçaq xəsarətləri nəticəsində qardaşlardan biri dünyasını dəyişib, digər 2 nəfər isə xəstəxanaya yerləşdiriliblər.