• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2180
— 27.05.2023 19:43

Kəpəz" sonuncu - 36-cı turda heç-heçə oynayıb

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - 36-cı tur çərçivəsində Gəncənin "Kəpəz" kollektivi "Qəbələ"nin qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı ilk 45-ə əlavə olunan 4-cü dəqiqədə meydan sahibləri açıblar. Əyyub Allaş, penalti zərbəsini dəqiq yerinə yetirib. 80-ci dəqiqədə isə Zamiq Əliyev bərabərlik qolunu vurub. Beləliklə mövsümü 50 xalla dördüncü pillədə başa vuran Elmar Baxşıyevin yetirmələri “Sabah” və “Neftçi”dən sonra 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququna yiyələniblər. Çünki turun digər matçında “Sumqayıt”ı 3:0 hesabı ilə üstələyən “Zirə” xallarının sayını 50-yə yüksəltməsinə baxmayaraq, şəxsi görüşlərdəki üstünlük bölgə təmsilçisinin 4-cü yeri tutmasına səbəb olub. "Kəpəz" üçün isə bu oyun böyük əhəmiyyət kəsb etməyib. Komandamız turnir cədvəlinin 8-ci pilləsində yerini artıq möhkəmləndirmişdi və növbəti mövsümdə Premyerliqadakı çıxışını təmin edib.