• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2421
— 27.05.2023 15:53

“Heydər Əliyev və Nizami Gəncəvi irsi” mövzusunda dəyirmi masa

KepezTV Player

Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Heydər Əliyev və Nizami Gəncəvi irsi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə adıçəkilən qurumların nümayəndələri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər. Ulu Öndərin Gəncəyə, o cümlədən ətraf rayonlara səfərlərindən danışılıb, onun həyat və fəaliyyətindən bəhs olunub. Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, elm və təhsilinin inkişafına böyük diqqət və qayğısından da söz açılıb.