• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 806
— 27.05.2023 15:57

28 May - Müstəqillik Günü ilə bağlı tədbir

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, eləcə də Gənclər Evinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü ilə bağlı Gəncə Maarif Evində tədbir baş tutub. Vurğulanıb ki, XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan edib. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay sürüb. 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan başa gəlməyib. Məhz Ulu öndər Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə müstəqilliyimiz möhkəmlənib, əbədi və dönməz olub. Çıxışlardan sonra Müstəqillik Günü ilə əlaqədar videoçarx izlənilib. Gənc gitaraçılar tərəfindən vətənpərvərlik ruhunda musiqilər ifa edilib.