• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1487
— 27.05.2023 16:10

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan konfrans

KepezTV Player

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Birləşmiş Xəstəxanasının təşkilatçıllığı ilə pediatrik konfrans keçirilib. Heydər Əliyev ili çərçivəsində reallaşan və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunan konfransda Gəncədə fəaliyyət göstərən dövlət və özəl tibb müəssələrinin tanınmış həkimləri, həmçinin Bakıdan dəvət edilmiş mütəxəsislər iştirak ediblər. Konfrans zamanı pediatriya sahəsində aktual olan mövzulara toxunulub. Pediatrik xəstəliklərin müasir diaqnostikası və müalicəsi ilə bağlı çıxışlar olunub. Analoji konfransların keçirilməsinin tibb sahəsinin inkişafına öz töhfəsini verdiyi vurğulanıb.