• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 949
— 27.05.2023 11:50

Tovuzda 75 yaşlı kişi minaya düşərək xəsarət alıb

KepezTV Player

Bu gün Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində mal qara otaran 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib. Sol ayağından xəsarət alan şəxsin xəstəxanada müalicəsi davam etdirilir. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.