• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1926
— 26.05.2023 15:58

Müstəqillik tarixindən zəfərə qədərki dövrə nəzər salınıb

KepezTV Player

Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş elmi praktik-konfrans keçirilib. Çıxış edənlər müstəqillik tariximizindən danışıb. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyin əsaslarını qoyduğu, demokratik islahatlarla xalqımızın taleyində mühüm rol oynadığı vurğulanıb. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasətdən də söz açılıb. Vətən müharibəsində qazanılan qələbənin qürur yaratdığı vurğulanıb. Respublikamızın digər bölgələri kimi Samux rayonunda da genişmiqyaslı quruculuq, abadlıq və tikinti işlərinin davam etdirildiyi qeyd edilib. Natiqlər Müstəqillik Gününü tariximizin ən şanlı və parlaq səhifələrindən biri kimi səciyyələndiriblər.