• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 882
— 24.05.2023 20:37

"Heydər Əliyev və Gəncə” kitabı ictimaiyyətə təqdim olunub

KepezTV Player
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində Umumilli liderin 100 illiyinə həsr olunan “Heydər Əliyev və Gəncə” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada “Heydər Əliyev və Gəncə” adlı monoqrafiyanın ictimaiyyətə təqdimatı da baş tutub. Nəşrdə dahi rəhbərin Gəncəyə səfərləri, bu səfərlər zamanı olan çıxışlarının orjinal mətnləri, eyni zamanda Gəncədən olan elm, mədəniyyət, səhiyyə sahəsində görkəmli şəxlərin Heydər Əliyevlə bağlı xatirələri yer alıb. Çıxış edənlər sırasında Heydər Əliyevlə bilavasitə təmasda olan şəslər ulu öndərlə bağlı olan xatirələrini dilə gətiriblər. Sonda iştirakçılara ulu öndərin Gəncədə olduğu dövrləri əhatə edən sənədli film təqdim olunub.