• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 24.05.2023 12:23

Günəş sisteminə bənzəyən digər ulduz sistemində planetlərin formalaşdığı aşkarlanıb

Alimlər Hubble teleskopu vasitəsilə 2016-cı ildən 2021-ci ilə kimi çəkilmiş fotoları analiz edərək belə qənaətə gəliblər ki, bizə yaxın olan ulduz sistemlərindən birində yeni planetlər formalaşırlar. Bu proses Günəş sistemindən 196 işıq ili uzaqlığında yerləşən Hidra bürcündə baş verir. Yeni planetlər TW Hydrae adlı ulduzu əhatə edən toz və qazdan formalaşırlar. Avropa Kosmik Agentliyinin (ESA) mütəxəssisi John Debes-in sözlərinə əsasən ulduz ətrafında dövr edən iki kölgə əslində görünməyən iki planetdir. Müşahidə olunan sistem Günəş sisteminə bənzəyir.

TW Hydrae adlı ulduz bizim Günəşdən 50 dəfə daha cavan və 20% daha yüngüldür. Lakin onun radiusu Günəşin radiusundan 11% daha böyükdür. Müşahidə edilən ulduz sistemi Yer kürəsi tərəfə 90 dərəcə bucaq altında əyildiyi üçün alimlər ulduz ətrafındakı materiyanı analiz edə biliblər. Alimlərin fikirlərinə əsasən həmin ulduz sistemindəki iki planet ilə TW Hydrae arasındakı məsafə Yupiter ilə Günəş arasındakı məsafəyə bərabərdir. Bundan əlavə olaraq onların diskləri 5-7 dərəcə bucaq altında əyilmiş şəkildədirlər. Bu isə Günəş sistemi üçün xarakterik olan bir özəllikdir.