• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2210
— 23.05.2023 20:33

Peşə məktəbində "Açıq qapı" günü

KepezTV Player
Göygöl Peşə Məktəbində “Açıq qapı” günü təşkil edilib. Son illər peşə təhsilinə marağın artdığı, tələbələrin ayrı-ayrı peşələri yüksək səviyyədə mənimsəmələri üçün dövlət tərəfindən vacib işlər görüldüyü diqqətə çatdırılıb. Ölkə iqtisadiyyatının getdikcə inkişaf etməsi, yeni iş yerləri və sahələrinin yaradılması ilə əlaqədar peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyac artır. Peşə məktəbləri ilə idarə, müəssisə və təşkilatlar, eyni zamanda özəl sektor arasında əməkdaşlıq qurularaq həm təcrübə mübadiləsi aparılır, həm məzun olan tələbələrin işlə təmin olunması həyata keçirilir. “Açıq qapı” günündə qonaqlar, Göygöl ümumtəhsil məktəblərinin şagirdləri müxtəlif əl işləri, qənnadı məmulatları, xalçaların sərgiləndiyi stendlərlə tanış olublar, peşə ixtisasları barədə ətraflı məlumat alıblar.