• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 873
— 22.05.2023 20:00

Nizami yurdunda cüdonun inkişafı üçün işlər görülür

KepezTV Player

Azərbaycan Cüdo Federasiyasında baş verən dəyişikliyindən sonra bu idman növünün bölgələrdə inkişafına xüsusi diqqət yetirilir. Qurum cüdo ənənələri olan şəhər və rayonlarda bir sıra işlər həyata keçirir ki, Gəncə də bu şəhərlər sırasındadır.

Ötən ilin əvvəlindən federasiya tərəfindən Nizami yurdunda cüdonu inkişaf etdirmək, maddi-texniki bazanı yaxşılaşmaq üçün fəaliyyət göstərən əksər zallara tatamilər paylanılıb, eyni zamanda idmançılara kimonolar verilib. Bununla yanaşı Gəncədə idmançıların daha əlverişli şəraitdə məşq etmələri üçün cüdo mərkəzi də açılıb.

Federasiya rəsmisi gələcəkdə də bu işlərin davam edəcəyini, bununla birlikdə regionlarda daha çox yarışlar təşkil edərək yeni simaları aşkarlayacaqlarını deyib.

Gəncə cüdoçuları haqda da danışan Natiq Bağırov yeniyetmə və gənc tatami ustalarının öz üzərlərində işləyərək, gələcəkdə böyük uğurlara imza atacaqlarına inandığını söyləyib.

Cüdo federasiyası Gəncədə, eləcə də digər regionlarda bu idman növündə yaxşı nəticələr əldə etmək üçün həmçinin məşqçilər və hakimlər üçün seminarlar və layihələr həyata keçirir.

Orxan Cəfərzadə