• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3202
— 22.05.2023 20:13

Bakı-İrəvan münasibətlərinin son durumu

KepezTV Player

"Sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək" Bunu Prezidenti İlham Əliyev Litvalı həmkarı Gitanas Nauseda ilə görüşündən sonra mətbuata verdiyi bəyanatda deyib. Azərbaycan və Litva münasibətlərindən də danışan ölkə lideri siyasi müstəvidə əldə edilmiş razılaşmaların iki ölkənin münasibətlərində digər sahələrə də öz müsbət təsirini göstərdiyini qeyd edib

"Sülh anlaşmasının imzalanması qaçılmazdır". Prezident İlham Əliyev Litvalı həmkarı Gitanas Nausedanı Azərbaycan Ermənistan münasibətlərinin son vəziyyətilə bağlı məlumatlandırdığını bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan tərəfi bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir.

Azərbaycan Litva münasibətlərindən də danışan dövlət başçısı iki ölkə arasında imzalanan enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun uğurla icra olunduğunu bildirib.

Litva da ikitərəfli və Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır. Litva Prezidenti Gitanas Nauseda deyib ki, ölkəsi Avropa İttifaqının Azərbaycan ilə enerji sahəsində əməkdaşlığını müsbət qiymətləndirir.

Dövlət başçıları Azərbaycan liderinin bu səfərinin iki ölkə arasında əməkdaşlığa növbəti güclü təkan verəcəyinə əminliklərini ifadə ediblər.