• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 870
— 22.05.2023 15:59

Mini-futbol yarışı başa çatıb

KepezTV Player

Gəncədə kiçik yaşlı futbolçular arasında mini-futbol üzrə yarışa yekun vurulub. Gəncə Futbol Veteran Birliyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilən və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan birinciliyinin oyunları başa çatdıqdan sonra mükafatlandırma mərasimi reallaşıb. Tədbirdə "Kəpəz" futbol klubunun rəhbərliyi, komandanın oyunçuları, veteran futbolçular iştirak ediblər. Yarışın yekunlarına əsasən "Lokomotiv" komandası bütün rəqiblərini məğlub edərək qalib adını qazanıb. Kəpəz kollektivi gümüş, Arzu-1 isə bürünc mükafata yiyələnib. Mükafatçılar medal və diplom, qalib komanda isə kubokla təltif edilib. Eyni zamanda ən yaxşılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.